Bu gün keçirilmiş oyunla futbol üzrə İtaliya çempionatının (A Seriyası) 2026/2027-ci illər mövsümünün 11-ci turuna start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Turun açılış oyununda “Venesiya” doğma meydanda “Udineze” ilə üz-üzə gəlib. Üç qolun qeydə alındığı görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, 11-ci turun qalan görüşləri şənbə və bazar günlərinə təsadüf edəcək.
İtaliya, A Seriyası
11-ci tur
6 noyabr
Venesiya – Udineze 2:1
7 noyabr
18:00. Kalyari – Frozinone
18:00. Torino – Leççe
21:00. Parma – Bolonya
23:45. Roma – Sassuolo
8 noyabr
15:30. Napoli – Latsio
18:00. Cenoa – Milan
18:00. Montsa – Atalanta
21:00. İnter – Komo
23:45. Fiorentina – Yuventus


