Cennaro Qattuzo – A Seriyasında oktyabrın ən yaxşı məşqçisi!

“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo futbol üzrə İtaliya A Seriyasında 2026-cı ilin oktyabr ayının ən yaxşı məşqçisi seçilib.

Arena.az xəbər verir ki, bu barədə İtaliya çempionatının mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi Qattuzonun rəhbərliyi altında ötən ay keçirdiyi 5 oyunun hamısında qələbə qazanıb. “Latsio” oktyabrda “Monza”nı 3:1, “Yuventus”u 3:0, “Parma”nı 2:1, “Sassuolo”nu 6:2 və “Kalyari”ni 2:1 hesabı ilə məğlub edib.

Qattuzo mükafatın bütün komandanın və məşqçilər korpusunun əməyinin nəticəsi olduğunu bildirib.

Hazırda “Latsio” 28 xalla A Seriyasının turnir cədvəlinə başçılıq edir. “İnter” 25 xalla ikinci, “Roma” 24 xalla üçüncü, “Komo” isə 23 xalla dördüncü pillədə qərarlaşıb.

Qeyd edək ki, 2006-cı il dünya çempionu Cennaro Qattuzo ötən yay “Latsio”nun baş məşqçisi təyin olunub. O, daha əvvəl İtaliya millisi, “Milan”, “Napoli”, “Valensiya” və Marsel “Olimpik”ində də baş məşqçi kimi çalışıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: