Orhan Ak “Qaziantep”dən qovuldu

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Qaziantep” klubunda əsas komandasının baş məşqçisi Orhan Ak istefaya göndərilib.

Arena.az xəbər verir ki, Qaziantep təmsilçisi 47 yaşlı mütəxəssislə qarşılıqlı razılaşma əsasında əməkdaşlığa son qoyulduğunu açıqlayıb.

Klubun yaydığı açıqlamada Orhan Aka göstərdiyi zəhmət və komandaya verdiyi töhfələrə görə təşəkkür edilib, ona və məşqçilər heyətinə gələcək karyeralarında uğurlar arzulanıb.

Orhan Ak “Qaziantep”ə rəhbərlik etdiyi müddətdə Super Liqada 8 oyuna çıxıb. Komanda bu görüşlərdə cəmi 1 qələbə qazanıb, 1 heç-heçə edib və 6 dəfə məğlub olub.

Qaziantep təmsilçisi Türkiyə Kubokunda isə Orhan Akın rəhbərliyi altında keçirdiyi yeganə qarşılaşmadan qalib ayrılıb.

“Qaziantep” son olaraq ötən gecə Super Liqanın oyununda “Kasımpaşa”ya 0:2 hesabı ilə uduzub. Məhz bu nəticədən sonra tərəflər yolları ayırmaq qərarına gəliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: