Əvəzedicilər: “Şamaxı” “İmişli”yə 4 qolla qalib gəldi

Premyer Liqa klublarının ikinci komandaları arasında təşkil edilmiş Əvəzedicilər Liqasında bu gün 9-cu turun növbəti oyunu keçirilib.

Arena.az xəbər verir ki, üçüncü oyun günündə də bir qarşılaşma baş tutub.

“İmişli”nin ikinci komandası “Şamaxı”nı qəbul edib. Altı qolun qeydə alındığı matçda qonaqlar inamlı qələbəyə seviniblər.

9-cu turun qalan oyunları noyabrın 8-də keçiriləcək.

Əvəzedicilər Liqası
9-cu tur

4 noyabr

“Zirə-2” – “Sumqayıt-2” 1:2
Qollar: Rauf Qafarov, 70 – Emil Həsənov, 29. Nihad Orucəli, 34.
Hakimlər: Kamran Əliyev, Asif Abdullayev, Safalı Ağayev, Məleykə Məmmədova.
Hakim-inspektor: Əmrah İbrahimov.
AFFA nümayəndəsi: Mahal Məmmədov.
Binə qəsəbə stadionu, 11:00.

“Araz-Naxçıvan-2” – “Qəbələ-2” 3:7
Qollar: Cavid Paşa, 63. Turan Fətullayev, 76. Nihat Mehralıyev, 89 – Ömər Kərimov, 22. Qədir Ramazanov, 27; 52. Daniel Eşimoxay, 29. Cuma Hüseynov, 32. Hüseyn Xasməmmədli, 47. Xəyyam Məmmədli, 71.
Hakimlər: Ləman Əmirli, Orxan İbişov, Məmmədəli Kərimov, Rauf Salamov.
Hakim-inspektor: Anar Salmanov.
AFFA nümayəndəsi: Elçin Mehtiyev.
Binə qəsəbə stadionu, 15:00.

6 noyabr

“Neftçi-2” – “Turan Tovuz-2” 4:1
Qollar: Adama Diarra, 14. Məhəmməd Məmmədli, 22. Tunar Mehdiyev, 71. Nicat Məhərrəmov, 83 – İsmayıl İsmayılov, 87-pen.
Hakimlər: Alik Yunusov, Elman Kərimov, Anar Bədəlov, Rövşən Rəcəbov
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Törə Əhmədova.
“Neftçi” Futbol Mərkəzi (4-cü meydança), 14:00.

7 noyabr

“İmişli-2” – “Şamaxı-2” 2:4
Qollar: Cavid Quliyev, 57. Elnur Məmmədov, 83 – Zahid Abbaszadə,, 15. İslam İsmayılzadə, 52. Abidin Əliyev, 54. Vidadi İmanov, 89.
Hakimlər: Maqsud Şamıyev, Rəhman Aslanov, Rəşad Quliyev, Mehdi Yusifov.
Hakim-inspektor: Ceyhun Haşımov.
AFFA nümayəndəsi: Azər Əsgərov.
Saatlı Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

8 noyabr

“Şəfa-2” – “Kəpəz-2”
Hakimlər: Fəridə Lütfəliyeva, Sevda Nuriyeva, Vüqar Bayramov, Yasin Cəbizadə.
Hakim-inspektor: Zöhrab Qədiyev.
AFFA nümayəndəsi: Namiq Əliyev.
Lökbatan Olimpiya İdman Kompleksinin stadionu, 15:00.

“Sabah-2” – “Qarabağ-2”
Hakimlər: Murad Səlimov, Sənan Atayev, Zakir Şükürzadə, İlqar Əhmədov
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Eldəniz Musayev.
“Bank Respublika Arena” (ehtiyat meydança), 15:00.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: