Premyer Liqa: “Mançester Siti” uduzdu, “Arsenal” qalib gəldi

Bu gün futbol üzrə İngiltərə çempionatının (Premyer Liqa) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Lids” doğma meydanda “Tottenhem”i, son çempion “Arsenal” isə “Hall Siti”ni tək qolla üstələyib. İki qolun qeydə alındığı “Fulhem” – “Nyukasl” matçında qalib müəyyənləşməyib. “Nottingem Forest”in qonağı olmuş “Mançester Siti” isə növbəti məğlubiyyətinə üzülüb.

Qeyd edək ki, 10-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

İngiltərə, Premyer Liqa
10-cu tur

6 noyabr

Everton – Koventri Siti 3:1

7 noyabr

Lids – Tottenhem 1:0
Arsenal – Hall Siti 1:0
Fulhem – Nyukasl 1:1
Nottingem Forest – Mançester Siti 3:1

8 noyabr

18:00. Brayton – Brentford
18:00. Kristal Pelas – Liverpul
18:00. İpsviç Taun – Bornmut
18:00. Sanderlend – Çelsi
20:30. Mançester Yunayted – Aston Villa

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: