Liqa 1: Paris klublarına 1 qol bəs etdi

Bu gün futbol üzrə Fransa çempionatında (Liqa 1) 2026/2027-ci illər mövsümünün 10-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə iki qarşılaşma baş tutub.

Səfərdə “Oser”lə qarşılaşmış “Paris” 3 xalı tək qolla qazanıb. Parisin digər təmsilçisi, son çempion və lider PSJ də “Trua” ilə ev oyununda oxşar hesabla qalib gəlib.

Qeyd edək ki, 10-cu turun qalan görüşləri bazar gününə təsadüf edəcək.

Fransa, Liqa 1
10-cu tur

6 noyabr

Tuluza – Strasburq 3:1

7 noyabr

Oser – Paris 0:1
PSJ – Trua 1:0

8 noyabr

18:00. Renn – Lill
20:15. Anje – Nitsa
20:15. Brest – Olimpik (Lion)
20:15. Havr – Loryan
20:15. Le Man – Monako
23:45. Lans – Olimpik (Marsel)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: