“Bayern”in qapıçısı Manuel Noyer futbol üzrə Almaniya Bundesliqasının 9-cu turunda qarşılaşdıqları “Maynts”la səfər oyununda zədələnib.
Arena.az xəbər verir ki, Münhen klubunun kapitanı qarşılaşmanın ilk hissəsinin sonlarında ayağından zədə alıb və ikinci yarıda meydana çıxmayıb.
Onu qapıda Yonas Urbik əvəzləyib.
Noyer bu görüşdə “Bayern” tarixində yeni yaş rekordu da müəyyənləşdirib. 40 yaş 225 günlük qapıçı klubun Bundesliqada oynayan ən yaşlı futbolçusu olub. Əvvəlki rekord 40 yaş 198 günlə Bernd Dreyerə məxsus idi.
Almaniyalı qapıçı 2011-ci ildən “Bayern”in formasını geyinir. O, Münhen təmsilçisi ilə 13 dəfə Almaniya çempionu, 6 dəfə ölkə kubokunun və 8 dəfə super kubokun qalibi olub. Noyer həmçinin iki dəfə UEFA Çempionlar Liqasını, UEFA Super Kubokunu və klublararası dünya çempionatını qazanıb.
Xatırladaq ki, Manuel Noyer Almaniya millisinin heyətində 2014-cü ildə dünya çempionu olub.


