Mbappeni təhqir edən azarkeşə şərti həbs cəzası verildi

İspaniya çempionatının oyununda “Real”ın fransalı futbolçusu Kilian Mbappeni irqçi təhqirlərə məruz qoymuş azarkeşin cəzası açıqlanıb.

Arena.az xəbər verir ki, “Real Ovyedo” klubunun azarkeşi 11 ay müddətinə şərti həbs cəzasına məhkum edilib.

Məhkəmə həmçinin azarkeşə futbol stadionlarına getməyi və “Real”ın fransalı hücumçusuna yaxınlaşmağı qadağan edib.

Hadisə 2025-ci ilin avqustunda İspaniya La Liqasının “Real Ovyedo” – “Real Madrid” matçı zamanı baş verib. Madrid təmsilçisi səfərdə 3:0 hesablı qələbə qazanıb.

Görüşün 37-ci dəqiqəsində Mbappe “Real”ın ikinci qolunu vurub. Bundan sonra tribunada olan azarkeş futbolçuya qarşı meymunu təqlid edən jestlər edib və xarakterik səslər çıxarıb.

İspaniya məhkəməsi bu hərəkətləri irqçi təhqir kimi qiymətləndirib və azarkeşə şərti həbs cəzası ilə yanaşı, stadionlardan və Mbappedən uzaq qalmaq qadağası tətbiq edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: