Rəşad Eyyubov: “Göstərdiyimiz futbol bizim üçün daha önəmli idi”

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisinin baş məşqçisi Rəşad Eyyubov İraqa qarşı keçirdikləri yoxlama oyunlarını şərh edib.

Arena.az xəbər verir ki, millimiz bu rəqiblə ilk oyunda 2:1 hesablı əzmkar qələbəyə sevinibsə, ötən gün baş tutmuş ikinci görüşdən 4:2 hesablı inamlı qələbə ilə ayrılıb.

Rəşad Eyyubov bu oyunlarla bağlı jurnalistlərə açıqlamasında bunları söyləyib:

“Bizim üçün vacib olan iki oyun keçirdik. Əsas məqsədimiz oyun fəlsəfəmizlə futbolçularımızın potensialı arasında düzgün balansı tapmaq idi. Bu oyunlarda nəticədən daha çox meydanda göstərdiyimiz futbol bizim üçün önəmli idi. Bununla belə, hər iki görüşdə hücum futbolu nümayiş etdirərək qələbə qazanmağımız sevindirici haldır.

İndi isə işimizi davam etdirəcək, futbolçularımızın klublarındakı çıxışlarını və inkişafını yaxından izləyəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: