“Liverpul”un baş məşqçisi Andoni İraola İngiltərə Premyer Liqasının 11-ci turunda “Mançester Yunayted” üzərində qazandıqları qələbəni şərh edib.
Arena.az xəbər verir ki, bazar günü Liverpulda keçirilmiş qarşılaşmada meydan sahibləri rəqibini 4:0 hesabı ilə məğlub ediblər.
Andoni İraola hücumçu Florian Virtsin hazırkı formasından razı olduğunu bildirib və çempionluq mübarizəsi barədə danışmaq üçün hələ tez olduğunu qeyd edib:
“Virts? Hazırda o, əla formadadır və istəyirik ki, bu səviyyəni mümkün qədər uzun müddət qorusun. Çempionluq uğrunda mübarizə barədə danışmaq hələ tezdir. Mövsüm yalnız indi qızışmağa başlayır.
Hər şey bununla bitmir. Qarşıda Dortmund “Borussiya”sı ilə çox ağır oyun, daha sonra isə prinsipial derbi var”, – deyə İraola bildirib.
Xatırladaq ki, “Liverpul” bu qələbədən sonra 21 xalla yarış cədvəlinin 4-cü pilləsində qərarlaşıb. “Mançester Yunayted” isə 8 xalla 20 iştirakçı arasında 19-cu (!) sıradadır.


