UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 4-cü turunda “Vikinq”lə matçda qırmızı vərəqə alan “Sabah”ın müdafiəçisi Eyden Makkarti cəzalanıb.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Norveç təmsilçisi ilə səfər matçında rəqibinə zərbə endirmiş oyunçu Avropanın ali futbol qurumu tərəfindən 2 oyunluq diskvalifikasiya edilib. Cənubi afrikalı mərkəz müdafiəçisi qarşıdan gələn İspaniyanın “Barselona” və “Vilyareal” komandaları ilə görüşləri buraxmaq məcburiyyətində qalacaq.
Xatırladaq ki, 2026-cı ilin yayında Cənubi Afrika Respublikasının “Kayzer Şefs” klubundan “Sabah”a keçmiş Eyden Makkarti bu komandanın heyətində indiyə qədər 15 oyuna çıxıb, 1 qola imza atıb.
22 yaşlı futbolçu 2025-ci ildə Cənubi Afrika Respublikasının əsas yığmasında da debüt edib.


