“Barselona”nın yarımmüdafiəçisi Entoni Qordon UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunun ən yaxşı futbolçusu seçilib.
Arena.az xəbər verir ki, bu barədə UEFA-nın mətbuat xidməti məlumat yayıb.
Qordon 5-ci turda “Barselona”nın Azərbaycan çempionu “Sabah” üzərində 4:1 hesablı qələbəsində mühüm rol oynayıb. İngiltərəli futbolçu Bakı Olimpiya Stadionunda təşkil edilmiş bu qarşılaşmada iki qol vuraraq komandasının inamlı qələbəsinə töhfə verib.
Həftənin ən yaxşı futbolçusu adına Qordonla yanaşı, Madrid “Real”ının hücumçusu Kilian Mbappe, “Betis”in futbolçusu Kuço Ernandes və “Leypsiq”in yarımmüdafiəçisi Antonio Nusa da namizəd göstərilmişdilər.
Səsvermənin yekununda isə həftənin ən yaxşı oyunçusu adına “Barselona”nın futbolçusu layiq görülüb. Baxmayaraq ki, bu, heç də birmənalı qarşılanmayıb. Məsələ burasındadır ki, İspaniya çempionu özündən qat-qat zəif, ÇL-də debüt etmiş bir rəqib üzərində darmadağına sevinib və Qordon da bu görüşdə xariqüladə bir performans sərgiləməyib.


