AÇ-2020-nin F qrupu çərçivəsində keçirilmiş Almaniya – Macarıstan matçının ən yaxşı futbolçusu müəyyənləşib. Arena.az xəbər verir ki, Almaniya yığmasının yarımmüdafiəçisi Yozua Kimmix bu görüşün ən yaxşısı seçilib.
Bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb. 26 yaşlı futbolçu bu oyundakı performansı ilə komandasının 1 xal qazanmasında pay sahiblərindən biri olub.
Qeyd edək ki, Almaniya – Macarıstan matçı 2:2 hesabıyla başa çatıb.
Yozua Kimmix Almaniya nəhəngi “Bavariya”nın formasını geyinir.


