Almaniyanın “Bavariya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Münhen təmsilçisi “Hamburq”dan qapıçı Sven Ulrayxı transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 32 yaşlı qolkiperlə bir illik müqavilə imzalanıb.
“Ştutqart”ın yetirməsi olan Sven Ulrayx, ötən mövsümün əvvəlindən “Hamburq”un uğurları üçün çalışırdı. O, bu kluba məhz “Bavariya”dan transfer olunmuşdu. Məsələ burasındadır ki, alman qapıçı 2015-2020-ci illər aralığında məhz Münhen klubunun formasını geyinib. Lakin əsas heyət üzvü olmayan qolkiper, “Bavariya”da cəmi 70 matça çıxıb.
“Bavariya” Ulrayxın gəlişi ilə digər qapıçısı Aleksandr Nübeli də “Monako”ya icarəyə verib. 24 yaşlı qolkiperin qarşıdakı mövsümü Liqa 1 təmsilçisində keçirəcəyi açıqlanıb.


