Toni Kroos Almaniya millisindəki karyerasını başa vurdu

Madrid “Real”ının yarımmüdafiəçisi Toni Kroos Almaniya millisindəki karyerasını başa vurub. Arena.az xəbər verir ki, 31 yaşlı futbolçu bu barədə sosial şəbəkə hesabında məlumat yayıb.

“Milli komandanı buraxmağı hələ 2018-ci ildə düşünmüşdüm. Amma oğlum Leon və Yoahim Löv məni qərarımdan döndərmişdi. O zaman 28 yaşında idim, indi isə 31 yaşım var. Qərarımın doğru olduğunu hiss edirəm”.

AÇ-2020-nin 1/8 final mərhələsi çərçivəsində keçirilən İngiltərə – Almaniya matçı (2:0) Kroosun yığmadakı son oyunu olub.

2010-cu ildə Almaniya yığmasında debüt edən Toni Kroos, millidə 106 oyuna çıxıb. O, bu qarşılaşmalarda 17 qola imza atıb. Yarımmüdafiəçi 2014-cü ildə millinin heyətində dünya çempionu olub.

Xəbəri sosial şəbəkələrdə paylaş: