Coy-Lens Mikels: “Sabah”la çoxlu uğurlar qazanmaq istəyirəm”

“Sabah”ın yeni transferi Coy-Lens Mikels paytaxt klubuna keçidi barədə danışıb. Arena.az xəbər verir ki, almaniyalı vinger klubun rəsmi saytına açıqlamasında bunları deyib:

“Sabah”a gəldiyimə görə xoşbəxtəm. Bura mənim üçün yeni çağırış, yeni təcrübədir. Əlimdən gələni edəcəm ki, mənə olan inamı doğruldum və komandamın uğurlarında əsas pay sahiblərindən olum. Əsas məqsədim “Sabah”la xüsusi bir şeylər yaratmaq və mümkün olduqca çox uğur qazamaqdır. İrəli, “Sabah”!”

Qeyd edək ki, Coy-Lens Mikels “Sabah”la 2 illik müqavilə bağlayıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: