“Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiçin Azərbaycan milli komandasında çıxış etməsinə razılıq verilməsi ilə əlaqədar AFFA tərəfindən FİFA-ya müraciət ünvanlanıb. Arena.az xəbər verir ki, ali futbol qurumu AFFA-nın müraciətini müsbət cavablandırıb.
Bununla bağlı bu gün FİFA-dan AFFA-ya müvafiq məktub daxil olub.
Xatırladaq ki, Filip Ozobiçin ölkəmizdə fasiləsiz olaraq fəaliyyət göstərməsinin 5 ili artıq tamam olub. FİFA-nın tətbiq etdiyi mövcud qaydalara əsasən, futbolçu Azərbaycan milli komandasının heyətində çıxış edə bilər.
Xorvatiyadan olan, hətta ölkəsinin milli komandasında da oynamış Ozobiç, Azərbaycana 2016-cı ildə gəlib. O, 2018-ci ilə qədər “Qəbələ”nin uğurları üçün çalışıb. 30 yaşlı futbolçu 2018-ci ildən də “Qarabağ”da forma geyinir. Filip əvvəllər Rusiyanın “Spartak” (Moskva), Xorvatiyanın “Hayduk” (Split) və “Slaven” (Belupo) klublarında da oynayıb.


