“Sabah”ın Tiflis toplanışı çərçivəsində qarşılaşacağı rəqiblər bəlli olub. Arena.az xəbər verir ki, Ramin Quliyevin çalışdırdığı komanda Gürcüstanda yerli klublarla qüvvəsini sınayacaq.
İlk rəqib “Şukura” olacaq. Kobuleti təmsilçisi ilə qarşılaşma iyulun 20-də baş tutacaq.
Bakılıların növbəti oyunu iyulun 23-də “Samqurali”yə qarşı olacaq. “Sabah” Tiflis toplanışındakı son matçında “Saburtalo” ilə üz-üzə gələcək. Görüş iyulun 28-də baş tutacaq.
Qeyd edək ki, Azərbaycan təmsilçisi Gürcüstan paytaxtına sabah yola düşəcək. “Ağ-göylər” Bakıya iyulun 29-da qayıdacaq.


