“Lester Siti” millinin sabiq üzvü ilə gücləndi

İngiltərənin “Lester Siti” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi sol cinah müdafiəçisi Rayan Bertrandı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Azad agent statusuna malik 31 yaşlı futbolçu, yeni klubu ilə 2 illik müqaviləyə imza atıb.

Rayan Bertrand “Çelsi”nin yetirməsidir. İngilis müdafiəçi peşəkar karyerasına da London təmsilçisində başlayıb. Lakin o, uzun müddət digər klublarda icarədə oynayıb. Müdafiəçi “Bornmut”, “Oldhem”, “Norviç Siti”, “Ridinq”, “Nottingem Forest”, “Aston Villa” kimi klubların formasını geyinib. 2014-cü ildən isə o, “Sauthempton”un uğurları üçün çalışırdı. İngiltərə yığmasında 19 oyun keçirən Bertrand, bu görüşlərdə 1 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: