Bu gün futbol üzrə Avropa Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb. Arena.az xəbər verir ki, tədbirdə Azərbaycanın bu turnirdəki təmsilçisi “Qarabağ”ın da potensial rəqibi bəlli olub.
“Qarabağ” 3-cü mərhələdə Kiprin AEL komandasını mübarizədən kənarlaşdırsa, “Breydablik” (İslandiya) – “Aberdin” (Şotlandiya) cütünün qalibi ilə qarşılaşacaq.
Məlum olduğu kimi, “Neftçi” Avropa Liqasının 3-cü mərhələsində HJK (Finlandiya) ilə qarşılaşacaq. Azərbaycan çempionu bu komandanı keçə bilməsə, mübarizəsinə Konfrans Liqasında davam edəcək. “Ağ-qaralar” Helsinki təmsilçisinə uduzsa, Konfrans Liqasının pley-offunda “Makkabi” (Hayfa, İsrail) – “HB Torshavn” (Farer adaları) cütünün qalibi ilə qarşılaşacaq.
Qeyd edək ki, “Neftçi” HJK ilə duellərdən qalib ayrılsa, Avroliqanın pley-off mərhələsində “Fənərbaxça” ilə qarşılaşacaq.
Konfrans Liqasında pley-off mərhələsinin oyunları avqustun 19-da və 26-da gerçəkləşəcək.
Konfrans Liqası
Pley-off mərhələsi
AEL (Kipr)/Qarabağ (Azərbaycan) – Breydablik (İslandiya)/Aberdin (Şotlandiya)
Neftçi (Azərbaycan)/HJK (Finlandiya) cütünün məğlubu – “Makkabi” (Hayfa, İsrail) – “HB Torshavn” (Farer adaları) cütünün qalibi


