“Mançester Yunayted”, “Çelsi” və “Liverpul” darmadağınla başladı

Futbol üzrə İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün ilk turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə 7 qarşılaşma baş tutub.

“Liverpul” klubunun ilk sınağı “Norviç”ə qarşı olub. Sözügedən komanda 3 cavabsız qola sevinib. Heyətini Romelu Lukaku ilə gücləndirən “Çelsi”nin ilk turdakı rəqibi “Kristal Pelas” olub. London klubu da startda 3 cavabsız qolla qalib gəlib. “Mançester Yunayted” isə “Lids”lə ev oyununda daha böyük hesabla üstün olub.

İngiltərə Premyer Liqası
1-ci tur
13 avqust

Brentford – Arsenal 2:0
Qol: Kanos, 22. Norqard, 73.

14 avqust

Mançester Yunayted – Lids 5:1
Qol: B.Fernandes, 30; 54; 60. Qrinvud, 52. Fred, 68.

Bernli – Brayton 1:2
Qol: Tarkovski, 2 – Maupay, 73. Makallister, 78.

Lester Siti – Vulverhempton 1:0
Qol: Vardi, 41.

Uotford – Aston Villa 3:2
Qol: Dennis, 10. Sarr, 42. Kuço, 67 – Makqinn, 70. İnqs, 90+7-pen.

Everton – Sauthempton 3:1
Qol: Riçarlison, 47. Dukure, 76. Kalvert-Levin, 81 – Armstronq, 22.

Çelsi – Kristal Pelas 3:0
Qol: Alonso, 27. Pulişiç, 40. Çaloba, 58.

Norviç Siti – Liverpul 0:3
Qol: Jota, 26. Firmino, 65. Salah, 74.

15 avqust

17:00. Nyukasl – Vest Hem
19:30. Tottenhem – Mançester Siti

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: