“Roma” “Çelsi”nin hücumçusunu transfer etdi

İtaliyanın “Roma” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, paytaxt təmsilçisi İngiltərənin “Çelsi” klubunun hücumçusu Temmi Abrahamı transfer edib.

İngiltərəli oyunçu ilə 5 illik müqavilə imzalanıb. “Canavarlar” 23 yaşlı futbolçu üçün qarşı tərəfə 40 milyon avro ödəyib. O, yeni komandasında “9” nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Temmi Abraham 2016-cı ildən “Çelsi”də çıxış edirdi. O, əvvəlki mövsümlərdə “Bristol Siti”, “Suonsi Siti” və “Aston Villa” klublarında icarədə də oynayıb. London təmsilçisinin heyətində 82 oyuna çıxan hücumçu, bu matçlarda 30 qola imza atıb.

İngiltərə yığmasında 6 oyun keçirmiş Abraham, 1 qol da vurub.

Xəbəri sosial şəbəkələrdə paylaş: