Şotlandiyanın “Aberdin” komandasının baş məşqçisi Stiven Qlass Konfrans Liqasının pley-off mərhələsində “Qarabağ”a qarşı keçirəcəkləri ilk matçdan əvvəl fikirlərini bölüşüb.
Arena.az xəbər verir ki, o, bu gün Bakıda baş tutan mətbuat konfransında bunları söyləyib:
“Qarabağ”ı təhlil etmişik. Avropada kifayət qədər məşhurdur. Sabah bizi möhtəşəm oyun gözləyir.
Hər iki komandanın şansları eynidir. Məqsədimiz qrup mərhələsinə vəsiqə qazanmaqdır.
“Qarabağ”a hörmətlə yanaşırıq. Rəqibin son oyunlarını izləmişik. Heyətlərində milli komandalarda oynayan futbolçular var. Abdullah Zubirlə yanaşı, Kadi Borges, Filip Ozobiç və Ramil Şeydayevi qeyd edə bilərəm.
“Qarabağ” kimi, “Aberdin” də Avropada məşhurdur. Narahatlıq yoxdur. İkinci oyunumuz da var və bu, Şotlandiyada olacaq.
Bakıda hava öyrəşmədiyimiz dərəcədə istidir. Amma oyun axşam olacaq”.


