İngiltərənin “Mançester Siti” klubu müdafiəçisi Ruben Dias ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə Premyer Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
“Şəhərlilər” 24 yaşlı futbolçu ilə müddəti 2027-ci ilin yayına qədər olan sözləşmə imzalayıb.
Ruben Dias 2020-ci ilin sentyabrından “Mançester Siti”də çıxış edir. Portuqaliyanın “Benfika” klubunun yetirməsi olan futbolçu, ölkəsinin milli komandasında da forma geyinir. O, Portuqaliya yığmasında meydana çıxdığı 32 matçda 2 qol da vurub.
Portuqaliyalı futbolçu ötən mövsüm İngiltərə Premyer Liqasında ən yaxşı oyunçu seçilib, Çempionlar Liqasında isə mövsümün ən yaxşı müdafiəçisi adına layiq görülüb.


