İtaliyanın “Milan” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, A Seriyası təmsilçisi İngiltərənin “Çelsi” klubunun yarımmüdafiəçisi Tyemua Bakayokonu heyətinə qatıb.
Bu barədə İtaliya klubunun rəsmi saytı məlumat yayıb. Fransalı futbolçu satınalma şərti ilə iki illik icarəyə götürülüb.
Bakayoko 2017-ci ildən “Çelsi”də çıxış edir. “Milan” 2018/19 mövsümündə də bu oyunçunu London klubundan icarəyə götürmüşdü. 27 yaşlı yarımmüdafiəçi “Monako” və “Napoli”də də icarədə olub. Fransa yığmasında da oynamış futbolçu, “Çelsi”dən əvvəl “Renn” və “Monako”da forma geyinib.


