“Nyukasl” baş məşqçi postuna onu gətirdi

İngiltərənin “Nyukasl” komandasına yeni baş məşqçi təyin olunub. Arena.az xəbər verir ki, bundan sonra sözügedən komandanı Eddi Hau çalışdıracaq.

Bu barədə Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb. 44 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, 2024-cü ilin yayına kimi bu komandaya rəhbərlik edəcək.

“Nyukasl” bu mövsümə Stiv Bryusun rəhbərliyi altında başlamışdı. Lakin uğursuz çıxış səbəbindən o, oktyabrın 20-də istefaya göndərilmişdi. Sözügedən kollektiv hazırda 5 xalla turnir cədvəlində 19-cu pillədə qərarlaşıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: