Super Liqanın liderini məğlub edən tapıldı

Futbol üzrə Türkiyə Super Liqasında 16-cı turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha dörd qarşılaşma baş tutub.

Səfərdə “Fatih Karagümrük”lə qarşılaşan “Konyaspor” darmadağınla qalib gəlib və liderlər qrupundakı mövqeyini möhkəmləndirib. “Rizəspor” isə “Göztəpə”ni məğlub yola salıb.

Son turlarda uğurlu çıxış edən “Başakşəhər” bu dəfə “Kasımpaşa” ilə qarşılaşıb və növbəti qələbəsini qazanıb.

Lider “Trabzonspor” isə bu dəfə “Antalyaspor”un qonağı olub. Trabzon təmsilçisi bu görüşdə cari mövsümdəki ilk məğlubiyyətinə üzülüb.

Baş məşqçi Sərgən Yalçınla yollarını ayıran “Beşiktaş” bu turda “Kayserispor”la üz-üzə gələcək. “Fənərbaxça” “Qaziantep”, “Qalatasaray” isə “Sivasspor” səfərinə yollanacaq.

Türkiyə Super Liqası
16-cı tur
10 dekabr

Altay – Hatayspor 1:2
Qol: Pinares, 21 – Diuf, 38. Sent-Luis, 76.

11 dekabr

Fatih Karagümrük – Konyaspor 1:4
Qol: Peşiç, 12 – Rahmanoviç, 30. S.Gürlər, 53; 88. Gilyerme, 86.

Başakşəhər – Kasımpaşa 2:1
Qol: Vişça, 53. M.Təkdəmir, 90+2 – Hayradinoviç, 78.

Rizəspor – Göztəpə 3:1
Qol: Pohjanpalo, 40; 78. Sabo, 90+3 – Nukan, 61.

Antalyaspor – Trabzonspor 2:1
Qol: Fredi, 34-pen. D.Tokoz, 73-öz qapısına – Kornelius, 24.

12 dekabr

14:30 Adana Dəmirspor – Girəsunspor
17:00 Yeni Malatyaspor – Alanyaspor
20:00 Beşiktaş – Kayserispor

13 dekabr

19:00 Sivasspor – Qalatasaray
21:30 Qaziantep – Fənərbaxça

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: