“Zirə”nin Türkiyə toplanışı üçün 3 rəqib

“Zirə”nin qış təlim-məşq toplanışının proqramı məlum olub. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda yanvarın 5-də Türkiyənin Antalya şəhərinə yola düşəcək. Zirə təmsilçisi qonşu ölkədə 3 yoxlama oyunu keçirməyi planlaşdırır.

“Zirə” yanvarın 13-də Macarıstanın “Peç”, 20-də Polşanın “Qurnik” (Leçna), 24-də isə Şimali Makedoniyanın “Breqalniça” klubları ilə qarşılaşacaq.

“Zirə”nin yanvarın 25-də Bakıya qayıtması nəzərdə tutulub. Sözügedən komanda yeni ildəki ilk rəsmi matçını fevralın 2-də keçirəcək. Həmin gün zirəliləri Azərbaycan kubokunun 1/4 finalı çərçivəsində “Səbail”lə ilk oyun gözləyir. Fevralın 7-də isə bu kollektiv Azərbaycan Premyer Liqasının 15-ci turu çərçivəsində “Keşlə”nin qonağı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: