Fransanın “Monako” komandasının yeni baş məşqçisi müəyyənləşib. Arena.az xəbər verir ki, Liqa 1 təmsilçisini bundan sonra Filipp Kleman çalışdıracaq.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 47 yaşlı belçikalı mütəxəssislə 3 illik müqavilə imzalanıb.
Məşqçilik karyerasına 2017-ci ildə başlamış Filip Kleman son olaraq Belçikanın “Brügge” komandasını çalışdırıb. O, daha öncə “Gent”ə də rəhbərlik edib. Bu komandalarla 3 dəfə ölkə çempionu olmuş Kleman, “Monako”da bir neçə gün öncə istefaya göndərilən Niko Kovaçı əvəzləyib.
“Monako” bu mövsüm Fransa çempionatında 19 oyuna topladığı 29 xalla 20 iştirakçı arasında 6-cı pillədə qərarlaşıb.


