İngiltərənin “Nyukasl” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, Premyer Liqa təmsilçisi Madrid “Atletiko”sundan (İspaniya) Kiran Trippyeri transfer edib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. İngilis müdafiəçi ilə 2.5 illik müqavilə imzalanıb.
“Mançester Siti”nin yetirməsi olan Kiran Trippyer 2019-cu ildən “Atletiko”da çıxış edirdi. O, Madrid təmsilçisində 83 rəsmi matça çıxıb. İngiltərə millisinin üzvü daha öncə ölkəsində “Barnsli”, “Bernli” və “Tottenhem”in də uğurları üçün çalışıb.


