“Lans”a qələbə üçün bir qol bəs etdi

Futbol üzrə Fransa çempionatında 20-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha bir qarşılaşma baş tutub.

“Lans” doğma meydanda “Renn”lə qarşılaşıb. Bu oyunda meydan sahibləri minimal hesabla üstün olublar.

Lider PSJ bu turda Lion “Olimpik”inin qonağı olacaq. “Monako” isə “Nant”la üz-üzə gələcək.

Bu tur keçirilməli olan “Anje” – “Sent-Etyen”, “Lill” – “Loryan” və “Monpelye” – “Trua” matçları komandaların heyətlərində koronavirusa yoluxma hallarının artması səbəbindən təxirə salınıb.

Fransa Liqa 1
20-ci tur
7 yanvar

Bordo – Olimpik (Marsel) 0:1
Qol: C.Ündər, 37.

8 yanvar

Lans – Renn 1:0
Qol: Said, 89.

9 yanvar

16:00. Brest – Nitsa
18:00. Klermon – Reyms
18:00. Mets – Strasburq
20:05. Nant – Monako
23:45. Olimpik (Lion) – PSJ

Xəbəri sosial şəbəkələrdə paylaş: