“Sumqayıt” “Yagelloniya”ya qol vura bilmədi

Türkiyədə təlim-məşq toplanışında olan “Sumqayıt” bu gün ilk yoxlama oyununa çıxıb. Arena.az xəbər verir ki, “gənclik şəhəri” təmsilçisi Türkiyədəki hazırlığın 4-cü günündə Polşanın “Yagelloniya” komandası ilə qarşılaşıb.

Bu oyun Azərbaycan təmsilçisinin yeni baş məşqçisi Aleksey Baqa üçün debüt xarakteri daşıyırdı. Komandası onun qeyri-rəsmi xarakter daşıyan ilk sınağından heç-heçə ilə ayrılıb. Tərəflər 90 dəqiqə ərzində fərqlənə bilməyiblər.

Sumqayıtlılar Antalyada daha iki sınaq matçına çıxacaqlar. Lakin həmin oyunlardakı rəqiblərin kimliyinə tam aydınlıq gəlməyib.

Yoxlama oyunu
15 yanvar

Sumqayıt – Yagelloniya 0:0

Xəbəri sosial şəbəkələrdə paylaş: