Futbol üzrə Fransa çempionatında 21-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, şənbə günü daha iki qarşılaşma baş tutub.
“Sent-Etyen” doğma meydanda “Lans”la üz-üzə gəlib. Uğursuz mövsüm keçirən meydan sahibləri bu oyunda da uduzublar.
Lider PSJ isə “Brest”i sınağa çəkib. Paris təmsilçisi səfərdə inamlı qələbəyə sevinib.
“Renn” “Bordo” ilə, “Monako” isə “Klermon”la üz-üzə gələcək. “Qarabağ”ın Konfrans Liqasında rəqibi olan Marsel “Olimpik”i doğma meydanda “Lill”in müqavimətini qırmağa çalışacaq.
Fransa Liqa 1
21-ci tur
14 yanvar
Nitsa – Nant 2:1
Qol: Dolberq, 21. Turam, 56 – Jirotto, 45.
15 yanvar
Sent-Etyen – Lans 1:2
Qol: Budebuz, 38 – Sotoka, 77. Fofana, 90+5.
PSJ – Brest 2:0
Qol: Mbappe, 32. Kehrer, 53.
16 yanvar
16:00. Renn – Bordo
18:00. Loryan – Anje
18:00. Monako – Klermon
18:00. Reyms – Mets
18:00. Strasburq – Monpelye
20:05. Trua – Olimpik (Lion)
23:45. Olimpik (Marsel) – Lill


