Marsel “Olimpik”i “Arsenal”ın futbolçusu ilə gücləndi

Fransanın “Olimpik” (Marsel) klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, “Qarabağ”ın Avropa Konfrans Liqasının pley-off mərhələsindəki rəqibi olan sözügedən klub London “Arsenal”ının müdafiəçisi Sead Kolaşinaçı transfer edib.

Bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb. Bosniya və herseqovinalı müdafiəçi ilə müddəti 2023-cü ilin yayınadək olan müqavilə imzalanıb. O, yeni komandasında 23 nömrəli formanı geyinəcək.

Kolaşinaç yeni komandasına azad agent kimi qoşulub. Çünki onun İngiltərə klubu ilə müqaviləsinin müddəti başa çatıb. Bosniya və Herseqovina yığmasının da üzvü olan futbolçu 2017-ci ildən “Arsenal”da çıxış edirdi. 28 yaşlı sol cinah müdafiəçisi Almaniyanın “Şalke” klubunun yetirməsidir. O, ötən il də icarə əsasında Almaniya klubunun uğurları üçün çalışıb.

Marsel “Olimpik”i daha əvvəl konqolu hücumçu Sedrik Bakambunu transfer etmişdi. O da Fransa klubuna məhz azad agent statusunda keçib.

“Qarabağ”la Marsel “Olimpik”i arasındakı ilk oyun fevralın 17-də Fransada, cavab oyunu isə fevralın 24-də Bakıda keçirəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: