“Qarabağ”ın rəqibindən inamlı qələbə

Futbol üzrə Fransa çempionatında 22-ci turun oyunları keçirilir. Arena.az xəbər verir ki, bu gün daha iki qarşılaşma baş tutub.

“Lill” bu turda “Brest”in qonağı olub. Son çempion bu oyunda 2 cavabsız qolla uduzub.

“Qarabağ”ın Konfrans Liqasındakı rəqibi – Marsel “Olimpik”i isə “Lans”la üz-üzə gəlib. Sözügedən komanda səfərdə inamlı qələbəyə sevinib.

Lider PSJ bu turda “Reyms”i qəbul edəcək, “Monako” isə çətin “Monpelye” səfərinə yollanacaq.

Fransa Liqa 1
22-ci tur
21 yanvar

Olimpik (Lion) – Sent-Etyen 1:0
Qol: Dembele, 15-pen.

22 yanvar

Brest – Lill 2:0
Qol: Djalo, 3. Munye, 90+4.

Lans – Olimpik (Marsel) 0:2
Qol: Payet, 34-pen. Bakambu, 77.

23 yanvar

16:00. Mets – Nitsa
18:00. Anje – Trua
18:00. Bordo – Strasburq
18:00. Klermon – Renn
18:00. Nant – Loryan
20:05. Monpelye – Monako
23:45. PSJ – Reyms

Xəbəri sosial şəbəkələrdə paylaş: