İspaniyanın “Sevilya” klubu heyətini yeni futbolçu ilə gücləndirib. Arena.az xəbər verir ki, La Liqa təmsilçisi İngiltərənin “Mançester Yunayted” klubunun hücumçusu Antonio Marsyalı heyətinə qatıb.
Bu barədə İspaniya klubunun rəsmi saytı məlumat yayıb. “Sevilya” fransalı futbolçunu mövsümün sonuna qədər icarəyə götürüb.
Antoni Marsyal 2015-ci ildən “Mançester Yunayted”də çıxış edirdi. 26 yaşlı hücumçu həmin Fransanın “Monako” klubundan transfer olunmuşdu. Fransa millisinə də dəvət alan futbolçu “qırmızı şeytanlar”ın heyətində bütövlükdə 269 oyuna çıxıb, 79 qola imza atıb. O, ölkəsində “Monako”dan başqa yetirməsi olduğu Lion “Olimpik”inin də formasını geyinib.


