Azərbaycan millisinin Slovakiya və Belarusla oyunlarının stadionu bəlli oldu

Futbol üzrə Azərbaycan millisinin UEFA Millətlər Liqasında keçirəcəyi iki ev oyununun stadionu müəyyənləşib. Arena.az xəbər verir ki, Canni De Byazinin çalışdırdığı komandamız Slovakiya və Belarus yığmalarını “Dalğa Arena”da qəbul edəcək.

Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sözügedən rəqiblərlə oyunlar müvafiq olaraq, iyunun 10-da və 13-də baş tutacaq.

Xatırladaq ki, 3-cü dəfə təşkil olunacaq yarışda əvvəlki illərdəki kimi Avropanın 55 yığması mübarizə aparacaq. Komandalar 4 liqada qüvvəsini sınayacaq. Millimiz gücünə görə 3-cü olan C liqasında çıxış edəcək. Azərbaycan yığması C liqasının 3-cü qrupunda yer alıb. Millimizin rəqiblərindən ikisi dəqiqdir. Bunlar Belarus və Slovakiyadır. Digər rəqibimiz isə Qazaxıstan – Moldova cütünün qalibi olacaq.

Sonda Azərbaycan millisinin növbəti UEFA Millətlər Liqasındakı oyunlarının təqvimini diqqətinizə çatdırırıq:

UEFA Millətlər Liqası
C Liqası
3-cü qrup

3 iyun
Qazaxıstan/Moldova cütünün qalibi – Azərbaycan

6 iyun
Belarus – Azərbaycan

10 iyun
Azərbaycan – Slovakiya

13 iyun
Azərbaycan – Belarus

22 sentyabr
Slovakiya – Azərbaycan

25 sentyabr
Azərbaycan – Qazaxıstan/Moldova cütünün qalibi

Xəbəri sosial şəbəkələrdə paylaş: