Konfrans Liqasında 1/16 final həyəcanı: “Fənərbaxça” evdə uduzdu

Futbol üzrə Avropa Konfrans Liqasında 1/16 final mərhələsinin ilk oyunları keçirilib. Arena.az xəbər verir ki, bütün qarşılaşmalar eyni gündə baş tutub.

Azərbaycan təmsilçisi “Qarabağ” Fransada Marsel “Olimpik”i ilə üz-üzə gəlib və məğlubiyyətə üzülüb. Eyni gündə Türkiyə təmsilçisi “Fənərbaxça” da “Slaviya” ilə qarşılaşıb. İstanbul təmsilçisi doğma meydanda məğlubiyyətlə üzləşib.

“Lester Siti” doğma meydanda “Randers”i, “Seltik” “Bodo Qlimt”i, PSV isə Təl-Əviv “Makkabi”sini qəbul edib. “Lester Siti” və PSV-nin qələbəyə sevindiyi gündə “Seltik” məğlubiyyətə üzülüb. “Sparta” (Praqa” evdə “Partizan”a minimal hesabla boyun əyibsə, PAOK da səfərdə “Midtyulland”a uduzub.

Avropa Konfrans Liqasında 1/16 finalın cavab oyunları gələn həftə keçiriləcək.

Avropa Konfrans Liqası
1/16 finalın ilk oyunları
17 fevral

Fənərbaxça (Türkiyə) – Slaviya (Praqa, Çexiya) 2:3
Qol: Pelkas, 48. F.Kadıoğlu, 83 – Traore, 45. Dorley, 62. Linqr, 64.

Midtyulland (Danimarka) – PAOK (Yunanıstan) 1:0
Qol: Pelkas, 48. F.Kadıoğlu, 83 – Traore, 45. Dorley, 62. Linqr, 64.

PSV (Niderland) – Makkabi (Təl-Əviv, İsrail) 1:0
Qol: Qakpo, 11.

Rapid (Vyana, Avstriya) – Vitess (Niderland) 2:1
Qol: Druyf, 1. Qrull, 16 – Openda, 74.

Olimpik (Marsel, Fransa) – Qarabağ (Azərbaycan) 3:1
Qol: A.Milik, 41; 44. D.Payet, 90+2. – K.Borges, 85.

Lester Siti (İngiltərə) – Randers (Danimarka) 4:1
Qol: Ndidi, 23. Barnes, 49. Daka, 55. Deusburi, 74 – Mistrati, 45.

Seltik (Şotlandiya) – Bodo Qlimt (Norveç) 1:3
Qol: Maeda, 80 – Espeyord, 7. Pelleqrino, 55. Vetlesen, 82.

Sparta (Praqa, Çexiya) – Partizan (Serbiya) 0:1
Qol: Meniq, 78.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: