Elmar Baxşıyev və Aleksey Baqadan darmadağına şərh

Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 17-ci turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, 42 yaşlı mütəxəssis 4:0 hesabıyla qalib gəldikləri səfər matçından sonra baş tutan mətbuat konfransında bunları söyləyib:

“Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Sumqayıt” son pillələrdə qərarlaşmasına baxmayaraq, heyətində yaxşı futbolçuların cəmləşdiyi bir kollektivdir. Ağır oyuna hazırlaşmışdıq. Komanda görüşə ilk dəqiqədən dinamik və istədiyimiz formada yanaşdı. Ümumi götürəndə futbolçularımın çıxışından razıyam. İnanıram ki, qarşıdakı matçlarda daha da məzmunlu oyun nümayiş etdirəcəyik”.

Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə darmadağını belə şərh edib:

“İlk hissədə çox pis oynadıq. “Qəbələ” kimi güclü komandaya qarşı 3 top fərqi ilə geri düşəndən sonra matçı çevirmək çox çətindir. Komandanın çıxışını təhlil edəcək və növbəti oyunlara hazırlığı davam etdirəcəyik”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: