Azərbaycan millisi Albaniya yığmasına minimal hesabla uduzdu

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi bu gün AÇ-2022-nin seçmə mərhələsinin ikinci çərçivəsində ilk oyununa çıxıb. Arena.az xəbər verir ki, komandamız B Liqası çərçivəsində Albaniya yığması ilə qarşılaşıb.

Albaniyada baş tutan qarşılaşma yığmamız üçün uğursuz alınıb. Futbolçularımız meydanı minimal hesabla məğlub tərk ediblər.

Azərbaycan millisi qrupda növbəti oyununu martın 11-də Şimali Makedoniya komandasına qarşı keçirəcək. Sözügedən komanda bu gün qrupdakı ilk matçında Şotlandiyaya 0:9 hesabıyla uduzub.

AÇ-2022-nin seçmə mərhələsi
B Liqası, 3-cü qrup

8 mart

Albaniya – Azərbaycan 1:0
Qol: Klaudia Borci, 37.
Hakimlər: Jurgita Macikunyte, Ugne Smitait (hər ikisi Litva), Aniek Zvaan, Lizzy Van Der Helm (hər ikisi Niderland).

Albaniya: 1. Kleyda Sinay, 2. Rigersa Tori, 4. Rexhina Maxhalaku (k), 5. Emi Bilinishta, 6. Rosela Vasa, 7. Jehona Coka, 8. Era Methoxha, 9. Klaudia Borci, 10. Arlinda Kodra, 11. Anversa Muca (19. Alesia Cenay, 81), 13. Armela Reshiti.
Ehtiyat oyunçular: 12. Lusila Kaloshi, 3. Ersida Shporay, 14. Estrela Habili, 15. Floresita Boqdani, 16. Juarda Aliay, 17. Rediona Rusi, 18. Erlida Kurbasha, 19. Alesiya Cenay, 20. Greisi Kananay.
Baş məşqçi: Aqustin Kola.

Azərbaycan: 12. Məryam İsayeva, 2. Mələk Hacıyeva (18. Məsumə Nəzərli, 62), 3. Aydan Həsənova, 6. Aytac Mirzəyeva (k), 7. Lamiya Adimova (10. Əsmaya Hacıyeva, 74), 8. Seryma Nur Gencay, 13. Sümeyra Kesmez, 14. Müjqan Seyidova, 15. Gülbahar Yıldız, 16. Səma Həsənli (9. Fatimə Məhərrəmli, 46 / 20. Röya Əliyeva, 76), 19. Pərişan Abdullayeva.
Ehtiyat oyunçular: 1. Rabiyə Mustafayeva.
Baş məşqçi: Zamir Həsənov.

Xəbəri sosial şəbəkələrdə paylaş: