Azərbaycan millisi darmadağınla uduzdu

17 yaşadək qadınlardan ibarət Azərbaycan millisi bu gün AÇ-2022-nin seçmə mərhələsinin ikinci çərçivəsində növbəti oyununa çıxıb. Arena.az xəbər verir ki, komandamız B Liqası çərçivəsində Şimali Makedoniya yığması ilə qarşılaşıb.

Albaniyada baş tutan qarşılaşma yığmamız üçün uğursuz alınıb. Futbolçularımız meydanı böyükhesablı məğlubiyyətlə tərk ediblər.

Azərbaycan millisi qrupdakı sonuncu oyununu martın 14-də Şotlandiya komandasına qarşı keçirəcək. Millimiz ilk sınağında qrup oyunlarına evsahibliyi edən Albaniyaya minimal hesabla uduzmuşdu – 0:1.

AÇ-2022-nin seçmə mərhələsi
B Liqası, 3-cü qrup
11 mart

Azərbaycan – Şimali İrlandiya 0:3
Qol: Anastasia İlievska, 27. Mihaela Nastovska, 39. Slagjana Gjorgjieva, 90.
Hakimlər: Jurgita Macikunyte, Ugne Smitait (hər ikisi Litva), Erinda Kume, Kejsi Tafili (hər ikisi Albaniya).

Azərbaycan: 12. Məryəm İsayeva, 14. Müjgan Seyidova, 8. Seyma Nur Gençay, 3. Aydan Həsənova, 6. Aytac Mirzəyeva (k) (5. Fatimeyi Zəhra Hüseynli, 15), 4. Lalə Abbaszadə (18. Məsumə Nəzərli, 61), 13. Sumeyra Kesməz, 15. Gülbahar Yıldız, 17. İntizar Haqverdiyeva, 11. Şəkər Piriyeva (20. Röya Əliyeva, 76), 19. Pərişan Abdullayeva.
Ehtiyat oyunçular: 1. Rabiyə Mustafayeva, 2. Mələk Hacıyeva, 7. Lamiyə Adimova, 9. Fatimə Məhərrəmli, 10. Əsmayə Hacıyeva, 16. Səma Həsənli.
Baş məşqçi: Zamir Həsənov.

Şimali Makedoniya: 9. Vesa Sela, 7. Jovana Pavlovska (15. Andrea Doneva), 17. İva Josifova, 11. Anastasia İlievska, 8. Mihaela Nastrovska (5. Mia Velinova, 66), 10. Biljana Paneska (k), 18. Matea Blazhevska (16. Mirjana Gjerovska, 89), 6. Slagjana Gjorgjieva, 4. Katerina Petkova, 2. Rona Rustemi, 1. Kristina Pavlovska (12. Meri Vaseva, 88).
Ehtiyat oyunçular: 3. Ljondevska, 13. Kicara, 14. Nikoloska, 19. Strika, 20. Dalcheska.
Baş məşqçi: Katerina Mileska.

Xəbəri sosial şəbəkələrdə paylaş: