Azərbaycan millisinin hücumçusu Mahir Emreli Zaqreb “Dinamo”sunun heyətində Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Arena.az xəbər verir ki, 25 yaşlı futbolçu 29-cu tur çərçivəsində baş tutan “Draqovolyaç”la matçın iştirakçısı olub.
Zaqreb təmsilçisi doğma meydanda inamlı qələbəyə sevinib – 2:0. Mahir bu görüşün 70-ci dəqiqəsində meydana buraxılıb.
Bu nəticədən sonra xalını 60-a çatdıran “Dinamo” vahid liderdir.
Xatırladaq ki, bu qış fasiləsində “Dinamo”ya transfer olunan Mahir Emreli hələlik Zaqreb təmsilçisində qol hesabını aça bilməyib.


