İspaniyanin “Alaves” komandasının baş məşqçisi Xose Luis Mendilibar istefaya göndərilib. Arena.az xəbər verir ki, bu barədə La Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.
İstefaya komandanın uğursuz çıxışı səbəb olub. Komanda ispan mütəxəssisin rəhbərliyi altında meydana çıxdığı 12 oyunda cəmi 1 qələbə qazanıb. Qalan oyunlardan 4-ü heç-heçə, 7-si isə məğlubiyyətlə başa çatıb. Mendilibar ötən ilin dekabrından “Alaves”i çalışdırırdı. Komanda onun rəhbərliyi altında son olaraq aprelin 2-də səfərdə Madrid “Atletiko”suna 1:4 hesabıyla uduzub.
“Alaves” turnir cədvəlində 22 xalla sonuncu – 20-ci pillədə qərarlaşıb. Komandanın bu gedişlə elitadakı yerini qoruması mümkünsüz görünür.


