Elmar Baxşıyev və Aleksey Baqa Qəbələdəki heç-heçəni şərh etdilər

Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Azərbaycan Premyer Liqasının 23-cü turunda “Sumqayıt”a qarşı keçirdikləri oyunu şərh edib. Arena.az xəbər verir ki, o, 1:1 hesabıyla bitən matçdan sonra bunları söyləyib:

“Oyun barədə çox danışmaq istəmirəm. Ümumilikdə komanda istədiyim kimi oynadı. Daha çox hücumda oldu. Çoxsaylı epizodlar yaratdıq. Sadəcə, həmin epizodları dəyərləndirməkdə çətinlik çəkdik. İddiamızdan əl çəkməyəcəyik. Sonadək iddiamızı meydanda göstərəcəyik”.

Sumqayıt”ın baş məşqçisi Aleksey Baqa isə bunları dilə gətirib:

“Oyunun gedişindəki üstünlüyü tərəfimizə çevirmək üçün daha bir qol lazım idi. Həmin qolu vura bilsəydik, böyük ehtimalla buradan 3 xal ilə geri dönəcəkdik. Artıq növbəti oyun haqqında fikirləşmək lazımdır”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: