Rusiya Premyer Liqasının qalibi oldular – Ardıcıl 4-cü, tarixdə 9-cu dəfə

Futbol üzrə Rusiya Premyer Liqasının 2021/22 mövsümü üzrə qalibi bəlli olub. Arena.az xəbər verir ki, “Zenit” sona üç tur qalmış çempionluğu təmin edib.

Sözügedən komanda bu gün 27-ci tur çərçivəsində Moskva “Lokomotiv”ini qəbul edib. Dörd qolun qeydə alındığı bu oyunda meydan sahibləri 3:1 hesabı ilə qalib gəliblər. Qarşılaşmada hesabı 4-cü dəqiqədə qonaqlar açıblar. Amma Sergeyev (28-ci dəqiqə), Malkom (42-ci dəqiqə) və Mostovoyun (77 dəqiqə) vurduğu qollar meydan sahiblərinə əzmkar qələbə qazandırıb.

Bu qələbə sayəsində xalını 61-ə çatdıran Sankt-Peterburq təmsilçisi vaxtından əvvəl çempionluğu rəsmiləşdirib. Hazırda ikinci pillədə qərarlaşan Moskva “Dinamo”sunun 52, üçüncü sıradakı “Soçi”nin isə 49 xalı var.

Beləliklə, “Zenit” ardıcıl 4-cü, tarixində isə 9-cu dəfə Rusiya çempionu olub. Sankt-Peterburq təmsilçisi daha öncə 1984, 2007, 2010, 2012, 2015, 2019, 2020 və 2021-ci illərdə Rusiya Premyer Liqasının qalibi olmuşdu.

Xəbəri sosial şəbəkələrdə paylaş: