“Sürix” futbol üzrə İsveçrə çempionatında 2021/22 mövsümünün qalibi olub. Arena.az xəbər verir ki, sözügedən komanda ölkə çempionatının 32-ci turu çərçivəsində “Bazel”ə səfərdə 2:0 hesabı ilə qalib gələrək çempionluğu təmin edib.
Hazırda liderin hesabında 72 xal var. Bu komandanın ən yaxın izləyicisi məhz “Bazel”dir. 56 xala malik “Bazel”in sona dörd tur qalmış liderə çatması mümkün deyil.
“Sürix” tarixində 13-cü dəfə İsveçrə çempionu olub. Klub sonuncu dəfə 2008/09 mövsümündə ölkənin ən güclüsü olmuşdu. Bu komandanın indiyə qədər qazandığı bütün çempionluqların siyahısını təqdim edirik:
1901–02, 1923–24, 1962–63, 1965–66, 1967–68, 1973–74, 1974–75, 1975–76, 1980–81, 2005–06, 2006–07, 2008–09, 2021–22


