İspaniyanın “Atletik” klubu yarımmüdafiəçisi Raul Qarsiya ilə müqavilənin müddətini artırıb. Arena.az xəbər verir ki, bu barədə La Liqa klubunun mətbuat xidməti məlumat yayıb.
36 yaşlı futbolçu ilə sözləşmənin müddəti 2023-cü ilin yayına qədər artırılıb. Onun əvvəlki müqaviləsinin müddəti bu mövsümün sonuna qədər idi.
Raul Qarsiya 2015-ci ildə Madrid “Atletiko”sundan “Atletik”ə keçib. İspaniya millisinin sabiq üzvü bu mövsüm meydana çıxdığı 39 oyunda 7 qol vurub, 3 məhsuldar ötürmə edib. Bilbao təmsilçisində bütövlükdə 293 matça çıxan yarımmüdafiəçi, 80 qola imza atıb. Raul daha öncə “Osasuna”da da çıxış edib.


