“Bayern” “Ayaks”ın futbolçusunu transfer etdi

Almaniya çempionu “Bayern” yeni mövsüm üçün ilk transferini rəsmiləşdirib. Arena.az xəbər verir ki, Münhen təmsilçisi Niderland “Ayaks”ından ayrılan Nussair Mazrauini heyətinə cəlb edib.

Bu barədə Almaniya klubunun rəsmi saytı məlumat yayıb. 24 yaşlı müdafiəçi ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. Mərakeşli futbolçu “Bayern”ə azad agent kimi keçib.

“Ayaks”ın yetirməsi olan Mazraui 2018-ci ildən əsas komandanın formasını geyinirdi. Sağ cinah müdafiəçisi olan futbolçu Niderland klubunda 137 oyun keçirib, 10 qol vurub. Mərakeş yığmasında 12 oyunda 2 dəfə fərqlənib.

“Bayern” növbəti mövsüm üçün öz futbolçularından da ikisi ilə yeni müqavilə bağlayıb. Belə ki, qapıçı Manuel Noyer və hücumçu Tomas Müllerlə sözləşmə imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: