“Zirə” hücumçusu Ağabala Ramazanov ilə yollarını ayırıb. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
“Zirə” PFK göstərdiyi xidmətlərə görə futbolçuya təşəkkür edib. Hücumçuya gələcək karyerasında uğurlar arzulanıb.
Qeyd edək ki, Ağabala Ramazanov 2020-ci ildən “Zirə”də çıxış edirdi. Təcrübəli forvardın “Səbail”ə keçməsi gözlənilir. O, qardaşı Zaur Ramazanovun hazırda məşqçi kimi çalışdığı “dənizçilər”lə anlaşıb. Futbolçu 2018/19 mövsümündə də “Səbail”in formasını geyinib.
Azərbaycan millisinə də dəvət alan Ramazanov daha öncə “Neftçi”, “Xəzər Lənkəran”, “Sumqayıt”, “İnter” (indiki “Şamaxı”) və “Qarabağ”da forma geyinib. 29 yaşlı forvard yığmamızda keçirdiyi 18 oyunda 1 qolla yadda qalıb.


