Hüseynəli Quliyev “Səbail”lə müqaviləsini yenilədi

Səbail” qapıçısı Hüseynəli Quliyev ilə müqaviləni yeniləyib. Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.

22 yaşlı qolkiperlə 2 illik yeni sözləşmə imzalanıb. Tərəflər arasındakı əvvəlki müqavilənin müddəti 2023-cü ilin yayına qədər idi.

Hüseynəli Quliyev bu ilin fevralında “Sumqayıt”dan “Səbail”ə transfer olunmuşdu. O, 2017/18 mövsümündə “Gənclər Liqası”nın bürünc medalını qazanan “Səbail”in U-19 komandasının heyətində çıxış edib. Qolkiper həmin mövsüm “İlin qapıçısı” mükafatına da layiq görülüb. Daha sonra “Sabah”ın ikinci komandasında çıxış etməyə başlayan futbolçu ardından “Sumqayıt”a üz tutmuşdu.

“Səbail”də daha öncə Adil Nağıyev, Ruslan Hacıyev, Ədilxan Qarəhmədov, Tural Bayramlı, Cabir Əmirli, Turan Manafovla da yeni müqavilə imzalanmışdı. Nikolas Raysel, Domantas Şimkus, Elxan Əhmədov, İbrahim Aslanlı, Cavid Tağıyev, Camal Araqo və Əfran İsmayılovla yollarını ayıran “dənizçilər”, yalnız “Zirə”dən ayrılmış Ağabala Ramazanovu transfer edib.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: